"Taliban" hərəkatı Britaniya şahzadəsi Harrinin məhvi və ya ələ keçirilməsinin əsas hədəflərindən biri olduğunu bəyan edib.
Milli.Az "Daily Telegraph"a istinadən xəbər verir ki, hərəkatın nümayəndəsi Zibulla Mücahid Harrinin Əfqanıstana gələcəyi təqdirdə onun taliblərin əsas hədəfinə çevriləcəyini bildirib. "Şahzadə dünyanı gəzərək insanları öldürməli deyil. O, statusundan insanlara kömək etmək üçün istifadə etməlidir", - deyə Mücahid bildirib. Qeyd edək ki, şahzadə Harri hərbi vertolyotun idarə edilməsi üzrə xüsusi kurs keçib və o, Amerika komandanlığının tərkibində 4 ay müddətində Əfqanıstanda xidmət keçməyə hazırlaşır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...