"Əl Qaidə" lideri Ayman əl Zəvahiri Suriyada prezident Bəşar Əsəd hökumətinə qarşı üsyana dəstəyini bildirib və qonşu ölkələrdə müsəlmanları Suriyada hökumətə qarşı çıxan üsyançıları dəstəkləməyə çağırıb.
Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, islamçıların veb səhifəsində yerləşdirilmiş videoda Zəvahiri Türkiyə, İraq, İordaniya və Livanda müsəlmanları Suriyada prezident Əsədin rejimi əleyhinə üsyanı dəstəkləməyə səsləyib. Videomesajda o, suriyalıları habelə Qərb və ərəb ölkələrinin hökumətlərinə arxalanmamağa çağırıb. İraqın yüksək səviyyəli kəşfiyyat rəsmiləri son dörd ayda İraqın şimalından Suriyaya "Əl Qaidə" ilə əlaqəsi olan döyüşçülərin keçdiyini, habelə silah keçirildiyini bildirib. Zəvahirinin şərhləri Suriyada üsyan dövrü nisbətən sakit olan Hələb şəhərində iki intiharçının maşına yerləşdirilmiş bombaları təhlükəsizlik qüvvələrinin qərargahı yaxınlığında partlatmasından iki gün sonraya təsadüf edir. Hələlik hücumun məsuliyyətini öz üzərinə götürən olmasa da, intiharçı bomba hücumları adətən "Əl Qaidə"nin dəst-xəttindən xəbər verir. Səkkiz dəqiqəlik "Suriya aslanları, irəli!" adlı videogörüntüdə Zəvahiri arxada yaşıl rəngli pərdənin fonunda çəkilib.
Keçən il may ayında "Əl Qaidə" lideri Üsəma bin Ladenin ABŞ-ın xüsusi təyinatlı qüvvələri tərəfindən Pakistanda qətlə yetirilməsindən sonra Zavahiri təşkilata rəhbərliyi əlinə alıb. Keçən həftə Zəvahiri daha bir videomesajında Somalidə mənzillənən "Əl Şəbəb" yaraqlılarının onun terrorçu şəbəkəsinə qoşulduqlarını elan etmişdi. "Əl Şəbəb" bundan əvvəl "Əl Qaidə"yə sadiq olduğunu bildirmiş və keçən il iyun ayında Zəvahiriyə sədaqət andı vermişdi. Birləşmiş Ştatlar "Əl Şəbəb"i terrorçu qrup kimi tanıyır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...