Devrilərək sonradan öldürülmüş Liviya lideri Müəmmar Qəzzafinin ikinci oğlu Səədi Qəzzafi gizləndiyi Nigerdə həbs edilib. Anspress-in "Əl-Ərəbiyyə" telekanalına istinadən verdiyi məlumata görə, informasiya Liviya hökumətindəki mənbəyə istinadən yayılıb. Qəzzafinin Niger və Liviya hökumətlərinin koordinasiya edilmiş fəaliyyətinin nəticəsində Nigerin paytaxtı Niameydə həbs edildiyi bildirilir. Niger hökuməti Qəzzafinin oğlunu yalnız müstəqil məhkəmə sistemi olan Liviyaya verəcəyini bəyan etmişdi.
"İnterpol"la axtarışda olan Səədi Qəzzafi bu yaxınlarda telekanallardan birinə müsahibəsində Liviyanın yeni hökumətinin ölkədəki vəziyyətin öhdəsindən gələ bilmədiyini və bu müvəqqəti hökumətə qarşı üsyana başçılıq etmək niyyətində olduğunu demişdi.
Bu arada, "Reuters" agentliyi Qəzzafinin oğlunun həbs edilmədiyini, sadəcə Niamey şəhərində yaşayış yerini dəyişdiyini və onun hərəkətinin məhdudlaşdırıldığını xəbər verir. Agentliyin məlumatına görə, Liviyanın xarici işlər naziri Ben Xayal Niger rəsmiləri ilə görüşərək, Səədi Qəzzafinin gələcək statusu müəyyənləşdirilənədək onun hərəkəti ev həbsi şəraitində məhdudlaşdırılacaq.
Qeyd edək ki, Müəmmar Qəzzafinin kiçik oğlu Səədi uzun müddət futbol üzrə Liviya millisinin üzvü olub və peşəkar futbolçu kimi tanınıb. O, Liviyada vətəndaş müharibəsi zamanı Nigerə qaçmağa müvəffəq olmuşdu.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...