PDF Oxu

Dünya

  • 1 300

İsrail İranı diplomatlarına sui-qəsddə ittiham edib

İsrail İranı diplomatlarına sui-qəsddə ittiham edib

"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, İsrailin baş naziri Binyamin Netaniyahu İranı fevralın 13-də İsrailin Nyu-Dehlidəki səfirliyinin avtomobilini partlatmaqda ittiham edib. İsrailin hökumət başçısı bu bəyanatanı "Likud" partiyasının Knesset deputat franksiyası ilə görüşündə vermişdir. B.Netaniyahu Tehranın Gürcüstan, Azərbaycan və Tayland ərazilərində yəhudilər əleyhinə sui-qəsdlərdə də əli olduğunu bildirmişdir.

İsrailin xarici işlər naziri Aviqdor Liberman "Yerusəlim Post" qəzetində verdiyi müsahibədə günahkarların tapılacağını qeyd etmişdir. Xatırladırıq ki, Nyu-Dehlidə baş verən insident zamanı 4 nəfər avtomobildə xəsarət almışdır. Onların arasında İsrailin hərbi attaşesinin arvadı və sürücüsü də olmuşdur. Həmin gün Gürcüstanda İsrail səfirinin maşınına partlayıcı qurğu bərkidildiyi aşkar edilmişdir.

Digər xəbərlər