PDF Oxu

Dünya

  • 1 270

“Fukusima” AES-i rayonunda zəlzələ baş verib

“Fukusima” AES-i rayonunda zəlzələ baş verib

ABŞ-ın geoloji xidmətinin məlumatına görə, "Fukusima-1" atom-elektrik stansiyası ərazisində güclü zəlzələ baş vermişdir. Yeraltı təkanların episentri Tokionun 165 kilometrliyində yerləşən Xonsyu adası sahilərində olmuşdu. Zəlzələnin maqnitudası 6 bal həddində olmuşdur.

Yaponiya meteoroloji agentliyinin məlumatına görə, zəlzələnin maqnitudası 6,2 bal həddində olmuşdur. Zəlzələnin episentri yerin 10 kilometrliyində olmuşdur. "Frans Press"in məlumatına görə, zəlzələ bütün Yaponiyada, hətta Tokioda da hiss edilmişdir. Sunami təhlükəsi gözlənilmir. Ciddi dağıntı olmamışdır.

Digər xəbərlər