PDF Oxu

Dünya

  • 1 157

Suriya ordusu Homs şəhərini artilleriya atəşinə tutub

Suriya ordusu Homs şəhərini artilleriya atəşinə tutub

"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, fevralın 14-də Suriya prezidenti Bəşər Əsədə loyallıq göstərən ordu hissələri Homs şəhərini artilleriya atəşinə tutub. Başlıca zərbə silahlı müxalifət dəstələrini - Suriya Azadlıq ordusunun cəmləşmiş olduğu Bab Əmr bölgəsinə endirilmişdir. Yerli sakinlərin məlumatına görə, səhər endirilən zərbələr daha intensiv olmuş və bir dəqiqədə yerə iki mərmi düşmüşdür. Ölənlər və yaralananlar haqqında dəqiq məlumat yoxdur. "Əl-Cəzirə" telekanalı fevralın 14-də səhər Homsda baş verən hadisələr haqda iki videomaterial verilmişdir. Videomaterialdan göründüyü kimi, zərbənin başlıca hədəfi dinc sakinlərdir.

Bir müddət endirilən artilleriya zərbələri nəticəsində Homsda yüzlərlə dinc sakin həlak olmuşdur. Şəhərdə humanitar vəziyyət mürəkkəb olaraq qalmaqdadır. Burada yanacaq, ərzaq, içməli su və dərman çatışmazlığı hiss olunmaqdadır.

Digər xəbərlər