PDF Oxu

Dünya

  • 1 298

İrandan neft idxalı dayanarsa, Aİ bazarlarda neft tapacaq

İrandan neft idxalı dayanarsa, Aİ bazarlarda neft tapacaq

Avropa Komissiyası İrandan neft idxalının qəflətən dayanması halında enerji təhlükəsizliyinin fövqəladə planlarını nəzərdən keçirmir.

"Nefti beynəlxalq bazarlarda əldə etmək mümkündür. Səudiyyə Ərəbistanı hasilatı artırmağa hazırdır. Aİ-nin üzv dövlətlərindən verilən məlumata görə, onlar digər təchizat mənbələrinə keçəcəklər", - Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının rəsmi nümayəndəsi Marlen Holtsner bəyan edib.

O, İran televiziyasının guya Aİ-nin altı ölkəsinin artıq Avropa embarqosu səbəbindən İran nefti ilə bağlı çətinliklər hiss etməsi haqqında yaydığı məlumatla əlaqədar olaraq Aİ-nin hansı addımlar atacağı sualını belə cavablandırıb.

Digər rəsmi nümayəndə Maykl Mann həmin sualı cavablandırarkən deyib ki, İran və Aİ-nin hər hansısa ölkəsi arasında ikitərəfli xarakterli belə problemlər haqqında heç bir məlumata malik deyil. O, Aİ-nin 2012-ci ilin iyulunda İran neftinin idxalının dayandırılması haqqında qərarını xatırladıb.

Digər xəbərlər