Suriya İnsan Haqlarının Monitorinqi Mərkəzi ölkədəki qarşıdurmalarda indiyə qədər 8 mindən çox insan öldüyünü açıqlayıb. Mərkəzi Londonda yerləşən təşkilatdan verilən açıqlamaya görə, müxalifətin etiraz aksiyalarının başladığı 14 mart 2011-ci ildən 14 fevral 2012-ci ilə qədər 8343 nəfər ölüb. Ümumilikdə 590 uşaq ölüb, onlardan 119-u qız, 471-i oğlan olub. İdlibdə 1030, Derada 1033, Homsda 882, Der Əz Zurda 348, Rif Dəməşqdə 808, Lazkiyədə 317, Hələbdə isə 164 nəfər gərginliyin qurbanı olub. Bu arada BMT Baş Assambleyasında Suriyadakı vəziyyətlə bağlı qətnamə layihəsi üzrə səsvermə keçiriləcək. Qətər və Səudiyyə Ərəbistanın təklif etdiyi layihədə Suriyadakı zorakılıq kəskin pislənir, buna görə prezident Bəşər Əsəd rejiminin məsuliyyət daşıdığı deyilir. Layihədə həmçinin, Ərəb ölkələri liqasının Əsədin istefası və müvəqqəti keçid hökumətinin yaradılmasını nəzərdə tutan sülh planı da dəstəklənir. Baş Assambleyanın qətnaməsi məsləhət xarakterlidir. Bundan öncə oxşar qətnamə BMT-nin Təhlükəsizlik Şurasında Rusiya və Çin tərəfindən rədd olunmuşdu.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...