PDF Oxu

Dünya

  • 1 040

Yunanıstanlı nazir: “Avropa liderləri odla oynayır”

Yunanıstanlı nazir: “Avropa liderləri odla oynayır”

"Avropa Birliyi liderləri alovla oynayır". Bu sözləri borc bataqlığında üzən Yunanıstanın maliyyə naziri Yevangelos Venizelos Avroqrupun Brüssel toplantısını təxirə salınmasını şərh edərkən bildirib. Görüşlərin təxirə salınması Afina birjasını da "ruhdan salıb". Sonradan müzakirələrin telefon konfransı vasitəsilə davam etdiriləcəyi haqqında xəbərlər yayılıb. Yunanıstanın maliyyə naziri Yevangelos Venizelos mətbuata verdiyi müsahibədə, 130 milyard avroluq növbəti maliyyə yardımının ayrılmasına dair qərarlaşa bilməyən Avropa kreditorlarına Yunanıstanın qənaət edə bilməyi bacardığını göstərəcəyini bildirib. "Avropa Birliyinin bəzi ölkələrinin liderləri odla oynayırlar, çünki düşünürlər ki, AB şurasının 26 oktyabr tarixli qərarına göz yummaq və onun şərtlərinə əməl etməmək olar. Yunanıstanın Avropa Birliyindən kənarlaşdırmaq istəyənlər məhz bu kimi mövqe tutur", deyə nazir bildirib.

Digər xəbərlər