PDF Oxu

Dünya

  • 1 174

Sarkozi rəsmən prezidentliyə namizədliyini açıqladı

Sarkozi rəsmən prezidentliyə namizədliyini açıqladı

Fransa prezidenti Nikola Sarkozi prezident seçkilərinin birinci turuna 67 gün qalmış ikinci müddətə namizədliyini irəli sürdüyünü bildirib. O müvafiq qərarı bir neçə həftə əvvəl qəbul etdiyini qeyd edib.

"Mən bu qərarı ona görə qəbul etmişəm ki, son üç ildə dalbadal böhranlarla üzləşən Fransa, Avropa və dünyanın düşdüyü vəziyyətdə bir daha düşməsin.. Tufan zamanı yorulduğunu və getmək istədiyini deyən gəmi kapitanı haqqında nə deyərlər?" deyə prezident bildirib. Sarkozi "fransızlara deməyə sözünün olduğunu" söyləyib. "Fransızlar başa düşməlidirlər ki, əsas məsələ Fransanın güclü olacağı təqdirdə təhlükəsiz olması məsələsidir", deyə Sarkozi bildirib. Onun rəqibi sosialist Fransua Olland Sarkozinin bəyanatında gözlənilməz heç nə olmadığını bəyan edib. "Günün xəbərini bilirsiniz? Prezident-namizəd indi namizəd-prezidentdir. Çox dəhşətli xəbərdir. Bu əsl çevrilişdir. Amma etiraf edim ki, mən bunu təxmin edirdim. Bu xəbəri biz bir neçə həftədir ki, bilirik. Prezident-namizəd artıq beş ildir ki, namizəddir. O prezident olduğu gündən kampaniyasına başlayıb" - deyə Ruanda tərəfdarları qarşısında çıxış edən Olland bildirib. Qeyd edək ki, Fransada iki turda keçirilən prezident seçkiləri aprelin 22-si və mayın 6-na təyin olunub.

Digər xəbərlər