PDF Oxu

Dünya

  • 1 164

İsrail Qəzzanı bombaladı: yaralılar var

İsrail Qəzzanı bombaladı: yaralılar var

İsrail hərbi təyyarələri Qəzza bölgəsinə hava zərbəsi endirib. APA-nın verdiyi xəbərə görə, İsrail tərəfi bildirib ki, zərbə Qəzzada silah və döyüş sursatı istehsal olunan bir emalatxanaya endirilib və ekstremistlərin İsrail ərazisini raket atəşinə tutmasına cavab olaraq həyata keçirilib. İsrail ərazisinə edilən hücum nəticəsində həlak olan olmayıb. Fələstinin tibb işçiləri bildiriblər ki, İsrailin endirdiyi zərbələrdən 2 nəfər müxtəlif dərəcədə yaralanıb.

Digər xəbərlər