Zəlzələnin episentri İbaraki prefekturasının ərazisində, ocağı 10 kilometr dərinlikdə yerləşib. AzərTAc xəbər verir ki, fevralın 19-da Yaponiyanın əsas adası Hönsünün şərqində, Fukusima prefekturasının yaxınlığında 5,1 bal gücündə zəlzələ baş vermişdir.
Yaponiyanın Milli Meterologiya İdarəsindən bildirmişlər ki, zəlzələnin episentri İbaraki prefekturasının ərazisində, ocağı 10 kilometr dərinlikdə yerləşmişdir. Yeraltı təkanlar torpağın üst qatına yaxın olduğuna görə, çox güclü hiss olunmuşdur. Zəlzələ sunami təhlükəsi yaratmamışdır.
Dağıntılar və həlak olanlar barədə məlumat verilmir. Yeraltı təkanlar paytaxt Tokio və Fukusima prefekturası da daxil olmaqla 14 prefekturada hiss olunmuşdur.
"Fukusima-1" Atom Elektrik Stansiyasının (AES) operatoru "Tokio Electric Power Co." şirkətinin bildirildiyinə görə, zəlzələ AES-də heç bir narahatlığa səbəb olmamışdır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...