"Ərəb baharı" nəticəsində hakimiyyət çevrilişinin baş verdiyi ölkələrdən olan Yəməndə prezident seçkisi keçirilir. Milli.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, prezident seçkisinin gedişində ilk insan təlafatı qeydə alınıb. Ölkənin cənubundakı seçki məntəqələrindən birində polislə separatçı hərəkatın üzvləri arasında atışma olub. Nəticədə 10 yaşlı uşaq həlak olub. Digər rayonda baş verən atışma 1 polis əməkdaşının həyatına son qoyub.Yəmənin cənub-şərqində də seçki məntəqəsində atışma baş verib. Burada hərbçi dünyasını dəyişib. Cənubda baş vermiş dördüncü insident də 1 nəfərin ölümü ilə nəticələnib. Beləliklə, seçkinin gedişində artıq 4 nəfər həyatını itirib. Bu da son deyil. Daha bir seçki məntəqəsinin qarşısındakı atışmada yoldan keçən mülki şəxs yaralanıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...