Əfqanıstanda amerikalı hərbçilərlə bağlı yeni gərginlik yaşanır. ABŞ-ın bu ölkədəki hərbi kontingentinin paytaxt Kabilin şimalında yerləşən Bəhram aviabazasında yüzlərlə dini kitab və Qurani-Kərim yandırılıb. Milli.Az "Reuters"ə istinadən bildirir ki, bunu eşidən kabillilər aviabazanın qarşısına yığışaraq izdihamlı etiraz aksiyası keçiriblər. Hazırda aksiyalar şəhərin bütün yerlərinə yayılıb.
ABŞ-ın Əfqanıstandakı hərbi kontingentinin komandanı, general Con Allen baş vermiş hadisə ilə bağlı araşdırmalara başlanıldığını, günahkarların cəzalarını alacaqlarını bildirib.
"Hərbi koalisiya üzvləri arasında bir neçə şəxsin dini kitabları yandırmağa başladığı barədə xəbər alan kimi onların dayandırılmasına əmr verildi. Müsəlmanları əmin edirəm ki, bu, məqsədli şəkildə törədilməyib. Bizim İslama və Qurana sayğımız böyükdür", - general Allen deyib.
Bəhram bölgəsi qubernatorunun köməkçisi Əhməd Kəbir bildirib ki, aviabazada yandırılmış Qurani-Kərim səhifələrini görənlərin olduğunu deyir: "Mən özüm bu rüsvayçılığı görməsəm də, görənlər var. Vəziyyət çox gərgindir. Vətəndaşlarımızı sakitləşməyə çağırıram".
Bəhram bölgəsinin polis rəisinin müavini Ziya ül Rəhman aviabazanın ətrafındakı etiraz aksiyasında 2500 əfqanın iştirak etdiyini deyib. "İnsanlar çox qəzəblidir. Onlar özlərini təhqir olunmuş hiss edirlər. Bəziləri əllərindəki silahlardan havaya atəş açırlar", - Rəhman deyib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...