PDF Oxu

Dünya

  • 1 155

Yandırılmış Quran Əfqanıstanı çalxalayır

Yandırılmış Quran Əfqanıstanı çalxalayır

Əfqanıstandakı Bəhram aviabazasında amerikalı hərbçilərin Qurani-Kərimi və dini kitabları yandırmalarına etiraz edən minlərlə kabilli sakitləşmək bilmir. Milli.Az AFP-yə istinadən bildirir ki, küçələrə çıxmış kütlə Kabilin "Yaşıl bağ" adlanan səmtindəki otelə hücum çəkərək binanı yandırıblar.

Bu oteldə qalanların hamısı əcnəbilərdir. "Yaşıl bağ"da isə Əfqanıstanda çalışan əcnəbilərdən 1500 nəfər yaşayır. Küçələrə çıxmış insanları dağıtmaq üçün polis silaha əl atıb. Bir neçə nəfər yaralanıb. Buna rəğmən, Kabil küçələrindəki etiraz aksiyaları səngimir. Minlərlə kabilli "ABŞ-a ölüm!", "Allahu əkbər!" qışqırır.

ABŞ-ın Kabildəki səfirliyi dünən işini dayandırıb. Səfirliyin bütün əməkdaşlarına ifrat ehtiyac olmadan küçəyə çıxmamaq tapşırılıb. ABŞ rəsmiləri və NATO-nun Əfqanıstandakı hərbi kontingentinin komandanlığı Bəhramdakı insidentə görə üzr istəsələr də, bu üzrxahlıqları əfqanlar yetərli bilmirlər.

Digər xəbərlər