PDF Oxu

Dünya

  • 987

Liviyada müsəlmanlar bir-birilərini qırırlar...

Liviyada müsəlmanlar bir-birilərini qırırlar...

Liviyanın cənub-şərqində düşmənçilik edən iki tayfa arasında döyüş gedir. Milli.Az "RBK"ya istinadən xəbər verir ki, artıq bir neçə həftədir davam edən döyüşlərdə 130-dək insanın həlak olduğu bildirilir. Şahidlər bildirirlər ki, döyüşlərin davam etdiyi Kufra şəhərində işıq kəsilib, hər tərəfdən qumbaraatan, raket qurğuları və pulemyot səsləri gəlir. Tibbi preparatlar çatışmır. Dinc əhali şəhərdən qaçır.

Döyüşlərin qızışması Çad və Sudanla sərhədə nəzarətin ələ keçirilməsi istəyindən irəli gəlir. Məhz bu ərazi qaçaqmalçılıq və qanunsuz miqrasiya axınının keçdiyi əsas bölgədir.

Digər xəbərlər