PDF Oxu

Dünya

  • 1 070

Ağ ev müqəddəs “Quran” kitablarının yandırılmasına görə müsəlmanlardan üzr istədi

Ağ ev müqəddəs “Quran” kitablarının yandırılmasına görə müsəlmanlardan üzr istədi

Anspress xəbər verir ki, Əfqanıstanda amerikalı NATO əsgərlərinin müqəddəs "Quran" kitablarını yandırmasına etiraz olaraq kütləvi aksiyalar keçirildiyi bir arada rəsmi Vaşinqton xoşagəlməz hadisəylə bağlı üzrxahlıq bəyanatı verib. Ağ evin mətbuat katibi Cey Karni Ağ evin belə halları hər vəhclə pislədiyini bildirib.

"Biz əfqan xalqından üzr istəyir və bu kimi halları hər vəchlə pisləyirik. Bu, arzuolunmaz insidentdir və əfqan xalqının dini etiqadlarına dərin hörmət bəsləyən ABŞ ordusunun apardığı siyasətə ziddir", - deyə Cey Karni bildirib.

Ağ evin sözçüsü artıq Hərbi komandirlərin üzrxahlıq etdiyini xatırladaraq, İSAF-ın xoşagəlməz insidenti araşdırdığını və bu kimi halların təkrarlanmaması üçün müəyyən ölçülər götürməkdə olduğunu qeyd edib. Bununla belə, Karni müqəddəs "Quran" kitablarının məqsədli şəkildə yandırılmadığını deyib. Dövlət Departamentindən Viktoriya Nuland da oxşar bəyanatla çıxış edərək, bu hadisənin ABŞ siyasətini əks etdirmədiyini vurğulayıb: "Dini yazılara qarşı hörmətsizlik Amerikanın tolerantlıq standartlarına, insan haqlarına dair qanunlara və din azadlığına ziddir".

Digər xəbərlər