Misir paytaxtında onlarla demokratiya fəalı, o cümlədən 16 amerikalının məhkəməsi başlanıb. Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, ümumilikdə 43 adam xaricdən maliyyə vəsaitləri alaraq sivil cəmiyyət sferasından kənarda siyasi fəaliyyətlə məşğul olmaqda ittiham edilir. Şahidlər azı, 13 müttəhimin bü gün Qahirə məhkəməsinə gətirildiklərini bildirirlər. Amma onların arasında amerikalıların olub-olmadığı aydın deyil. İtiham olunan amerikalılardan bəziləri ölkəni tərk edib, yerdə qalanlar isə ABŞ-ın Qahirədəki səfirliyində sığınacaq tapıblar. Bu məsələ ABŞ-la Misir arasındakı gərginlikləri xeyli artırıb. Belə ki, ABŞ Hüsnü Mübarəkin devrilməsindən sonra hakimiyyətə gəlmiş hərbi şura ilə əlaqələri yaxşılaşdırmağa can atır. ABŞ rəsmiləri Obama administrasiyasının bu məsələni həll etmək üçün Misirlə intensiv danışıqlar apardığını bildirirlər.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...