PDF Oxu

Dünya

  • 777

Çinlilər Barak Obamanın səhifəsinə axışır

Çinlilər Barak Obamanın səhifəsinə axışır

Çin hökumətinin sosial şəbəkəyə qoyduğu qadağanı aradan qaldırmasından az sonra yüzlərlə çinli ABŞ prezidenti Barak Obamanın "Google +" səhifəsini mesajlarla doldurub. Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, kommunist hökumətin sərt məhdudiyyətləri üzündən "Google +" yaranandan bəri çinli istifadəçilərə məqbul olmayıb. Lakin son bir neçə gündə çinlilər bu şəbəkəyə çıxış əldə ediblər. Bunun Çin hökumətinin senzuranı aradan qaldırması, yaxud da senzura sisteminə virusun daxil olması üzündən baş verdiyi aydın deyil. Obama üçün qoyulan şərhlərin əksəriyyəti söz azadlığı, insan haqları, eyni zamanda ABŞ-da yaşamaq üçün yaşıl kart almaq kimi məişət tipli suallar üzərində cəmləşib.

Digər xəbərlər