PDF Oxu

Dünya

  • 1 054

İsrail İranın nüvə mərkəzini partladıb?

İsrail İranın nüvə mərkəzini partladıb?

Məxfi yazışmalar, sənədlər və məktubları yayınlamaqla məşhurlaşmış "WikiLeaks"in hədəfində bu dəfə ABŞ-ın "Kölgə kəşfiyyatı" adlanan "Stratfor" analitik araşdırma mərkəzi var. Milli.Az bildirir ki, beynəlxalq "Anonymous" haker qruplaşmasının "Stratfor"un elektron poçtlarını sındıraraq ələ keçirdiyi 5,5 milyon məktubu "WikiLeaks" dünəndən etibarən dərc etməyə başlayıb.

Məktublardan birində İsrailin agentlərinin kürd silahlı qruplaşmalarının yardımı ilə İranda nüvə mərkəzlərindən birini partlatdığı bildirilir.

"Stratfor"un elektron poçtunda 2011-ci ilin noyabr ayına aid bir yazışmada strukturun bir əməkdaşı Tehrandakı nüvə və raket tədqiqatları mərkəzində baş vermiş partlayışla bağlı açıqlama verib.

İsrailin İrana qarşı hərbi əməliyyatlara başlama ehtimalının reallığı ilə bağlı sualı cavablayarkən "Stratfor" eksperti bildirir: "Əslində, İsrail indiyədək İranın bir neçə nüvə tədqiqatları mərkəzini partladaraq məhv edib".

Digər xəbərlər