Fransanın Konstitusiya Məhkəməsi 1915-ci ildə Osmanlı Türkiyəsində uydurma "soyqırımı" ilə bağlı ermənilərin iddialarına dəstək verən qanun layihəsini legitim saymayıb.
Həmin qanun layihəsinə görə, erməni uydurmalarını inkar edən şəxsi böyük məbləğdə cərimə və həbs cəzası gözləyirdi.
Milli.Az "Habertürk"ə istinadən bildirir ki, qanun layihəsi Fransa Senatı tərəfindən qəbul ediləndən sonra Senatdakı Avropa Demokratiya və Sosialist İttifaqı qrupunun sədri Jak Mezardın rəhbərliyi ilə qanun layihəsinə qarşı çıxanlar birləşməyə başladı. Beləcə, 77 senatorun imzası toplandı.
Parlamentin aşağı palatasında isə iqtidardakı Xalq Hərəkatı Birliyinin (UMP) üzvü, deputat Mişel Defenbaşın rəhbərliyi ilə 65 imza toplandı və qanun layişəsinə etirazla bağlı Konstitusiya Məhkəməsinə müraciət olundu.
Gərəkli yetərsayı əldə edən deputatlar və senatorlar müraciətlərində bildirmişdilər ki, erməni uydurmalarını dəstəkləyən qanun layihəsi Fransa Konstitusiyasının 33-cü maddəsinə zidd olmaqla yanaşı, fikir və düşüncə azadlıqları prinsiplərinə qarşıdır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...