PDF Oxu

Dünya

  • 1 276

Hillari Klinton  Bəşər Əsədi “hərbi cinayətkar” elan etdi

Hillari Klinton Bəşər Əsədi “hərbi cinayətkar” elan etdi

BMT Suriyada hökumət qüvvələrilə müxalifət tərəfdarları arasında təxminən 1 ildir davam edən toqquşmalarda həlak olanların sayı ilə bağlı yeni rəqəm açıqlayıb.

Milli.Az CNN-ə istinadən xəbər verir ki, Tunis prezidenti Monsef Marzuki suriyalı həmkarı Bəşər Əsədə sığınacaq təklif edib. Əsəd rejiminin istefasına tərəfdar olan Tunis prezideti deyib:

"Suriya hakimiyyəti qarşısında bütün çıxışlar bağlanıbsa, bu, onu qardaş Suriya xalqına qarşı daha da sərtləşdirir. Nəticədə tələfat daha da artır. Bəşər Əsədin hər hansı ölkəyə, həmçinin Tunisə üz tutması Suriyadakı böhranın aradan qalxmasına kömək edəcəksə, Tunis bu işdə yardım göstərməyə hazırdır".

Milli.Az BBC-yə istinadən xəbər verir ki, BMT toqquşmalarda ölənlərin sayının 7,5 mini ötdüyünü bəyan edib. Ali qurumun baş katibinin müavini Linn Pasko bildirib ki, hesablamalar Suriyada hər gün orta hesabla 100 mülki şəxsin həlak olduğunu göstərir. Onların arasında çoxlu sayda qadın və uşaqlar da var. Rəsmi Dəməşq isə toqquşmalarda təxminən 2500 nəfərin həlak olduğunu iddia edir. Hakimiyyətin iddiasına görə, onlardan 1345 nəfəri "silahlı qruplaşmalarla döyüşdə həlak olmuş hərbçilər və təhlükəsizlik qüvvələridir". Bu arada ABŞ Suriya prezidenti Bəşər Əsədi "hərbi cinayətkar" elan edib. Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton bildirib ki, "Bəşər Əsədin əməlləri hərbi cinayətkarın tərifinə tam uyğun gəlir". "Əsədin hərbi cinayətkar elan edilməsi üçün sübutların tapılması mümkündür", - deyə Klinton qeyd edib.

Digər xəbərlər