"Seçkidə qalib gəlsəm, Azərbaycan-Rusiya əlaqələri daha da inkişaf edəcək". Bu sözləri Rusiyada keçirilən prezident seçkisində namizədliyini irəli sürən Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov ANS-in Rusiyaya ezam olunmuş müxbirinə müsahibə verərkən bildirib. "Mən tam olaraq əminəm ki, Azərbaycan və Rusiya əlaqələri mən prezident seçildikdən sonra daha da inkişaf edəcək. Mən sizin zəhmətkeş respublikanıza böyük hörmətlə yanaşıram. II Dunya Müharibəsində ağır yaralanan atam məhz Bakıda müalicə olunub və sağ qalıb. Həmin həkimlər və tibb bacılarına ehtiramımı bildirirəm. Qaldı Qarabağ münaqişəsinə, hazırda Rusiyanın Qafqazda siyasəti demək olar ki, yoxdur. Əksinə bu siyasəti daha əzmlə və dolğun aparmaq lazımdır ki, münaqişə ocaqları aradan qalxsın", - deyə Gennadi Züqanov bildirib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...