PDF Oxu

Dünya

  • 1 245

Suriyada öldürülmüş əcnəbi jurnalistlər Homsda dəfn olundular

Suriyada öldürülmüş əcnəbi jurnalistlər Homsda dəfn olundular

Bir neçə gün öncə Suriyada gedən döyüşlər zamanı həlak olmuş amerikalı jurnalist Meri Kolvin və fransalı fotoqraf Remi Oşlik Homs şəhərində dəfn olunublar. Milli.Az "Associated Press"ə istinadən xəbər verir ki, jurnalistlərdən birinin - Mari Kolvinin dəfn prosesinin əks olunduğu video YouTube portalına yerləşdirilib. Videoda bir nəfər Baba Əmr məhəlləsində yerləşən qəbristanlıqda olduqlarını deyir və bildirir ki, ölüxanada işıq olmadığı üçün meyit çürüməyə başlayıb. Bu üzdən qiyamçılar onu vətəninə göndərmədən təcili dəfn etmək qərarına gəliblər. Xatırladaq ki, "Qırmızı Xaç" təşkilatı jurnalistlərin cəsədlərinin vətənlərinə aparılması üçün bir neçə cəhd göstərsə də, istəyinə nail olmayıb. Onların Suriya hökumətinə bununla bağlı müraciətləri də nəticə verməyib. Ekspertlər videonun nə dərəcədə həqiqi olduğunu, dəfn olunan cəsədin həqiqətən amerikalı jurnalistə məxsus olub-olmadığını dəqiqləşdirməyi lazım bilirlər.

Digər xəbərlər