İran Niderland, Çexiya və Belçikaya neft satışını azalda bilər. Bu barədə bazar ertəsi İranın Milli Neft Şirkətinin icraçı direktoru Əhməd Qalebani bildirib. Trend-in məlumatına görə, bu barədə Mehr agentliyi xəbər verir. İranın Neft Nazirliyi İtaliya, Portuqaliya, Niderland, Almaniya, Yunanıstan, İspaniya, Belçika və Çexiya daxil olmaqla, bir sıra Avropa ölkələrini İran neftinin satışına yeni şərtlər qoyması barədə xəbərdarlıq edib. İranın əsas şərti ondan ibarətdir ki, neft alışı üzrə müqavilələr 3-5 illiyə bağlanmalı və ödənişlər vaxtında həyata keçirilməlidir. Bəzi məlumatlara görə, əgər Belçika, Çexiya və Niderlandın təklifi İran Neft Nazirliyinin şərtlərinə uyğun gəlməsə, onda İran tezliklə bu ölkələrə neft satışını dayandıracaq.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...