İsrail İranın nüvə proqramını əngəlləmək niyyətində qətiyyətlidir. İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, İranın nüvə proqramını dayandırmaq üçün vaxt azalır. Milli.Az BBC-yə istinadən bildirir ki, ABŞ İsrail lobbisi qarşısında çıxış edən Benyamin Netanyahu deyib ki, o, israillilərin "yox olma təhlükəsilə yaşamalarına" razı ola bilməz.
İsrail İranın nüvə silahı əldə etmək niyyətindən ehtiyat edir və bu arada İsrail tərəfdən İrana preventiv zərbə endiriləcəyi barədə spekulyasiyalar güclənib. ABŞ İsrail lobbisi qarşısında çıxış edən Benyamin Netanyahu təkrarən vurğulayıb kı, İsrail "İranın nüvə silahı əldə etmək planlarının qarşısını almaq niyyətində qətiyyətlidir". ABŞ prezidenti Barak Obama isə hesab edir ki, diplomatik üsulların potensialı hələlik tükənməyib. Barak Obama bildirib ki, İran böhranının diplomatik yolla həlli ən uyğun seçimdir. Prezident Obama İrana qarşı güc işlədilə biləcəyini istisna etmir, lakin diplomatik səylər çərçivəsində imkanların hələ tükənmədiyini də qeyd edir. ABŞ prezidenti Barak Obama bildirib ki, ABŞ İranın nüvə silahı əldə etməyinin qarşısını almaq üçün, "çəkinmədən" gücdən istifadə edəcək, lakin eyni zamanda vurğulayıb kı diplomatiyanın imkanları hələ tükənməyib. Barak Obamanın qənaətincə, son həftələr ərzində bu cür danışıqlardan yalnız İran höküməti faydalanıb, çünki bu mövzuda spekulyasiyalar dünya bazarlarında neftin bahalaşmasına gətirib. ABŞ-da İsrail lobbisi qarşısında çıxış edən prezident Obama Tehranla münasibətlərdə müharibə mövzusunun yersiz hallandırılmasının əleyhinə olduğunu qeyd edib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...