PDF Oxu

Dünya

  • 1 243

Qırğızıstan prezidenti əmlakını açıqlayıb

Qırğızıstan prezidenti əmlakını açıqlayıb

Üç ay əvvəl Qırğızıstan prezidenti seçilən Almazbek Atambayev əmlakını açıqlayıb. Prezident Administrasiyasından verilən məlumata görə, Atambayev 100 min dollarlıq müstəqil evinin, 3 milyon dollarlıq ərazisinin, 2 milyon dollarlıq təsislərinin və 400 min dollarlıq müxtəlif yatırımların sahibi olduğunu bildirib. Qırğızıstan prezidenti keçən il dövlət vəzifəsində özünün 25 min 531 dollar, ailə üzvlərinin 89 min dollar qazandığını açıqlayıb. Baş nazir Ömürbek Babanov vəzifədə 18 min 702 dollar qazandığını açıqlayıb, ancaq əmlakı haqda məlumat verməyib. Parlament sədri Asilbek Ceenbekov isə 2011-ci ildə dövlət vəzifəsindən 13 min, bundan kənarda isə 48 min dollar qazandığını açıqlayıb. Parlament sədri 7466 dollarlıq evinin, 106 min dollarlıq təsislərinin, 266 min 489 min dollara sahib olduğunu bildirib.

Digər xəbərlər