Suriya hökuməti ölkədə böhranın tənzimlənməsi ilə bağlı BMT və Ərəb Dövlətləri Liqasının özəl təmsilçisi Kofi Annanın təklif etdiyi sülh planı qəbul edib. Lent.az-ın "haberturk.com" saytına istinadən verdiyi məlumata görə, bunu Kofi Annanın sözçüsü Əhməd Fevzi açıqlayıb. Suriya hakimiyyəti cavabını məktubla çatdırıb. Plana əsasən, Suriyada siyasi islahatların aparılması üçün Kofi Annanla çalışmaq qəbul edilməli və bunun üçün xüsusi bir təmsilçi ayrılmalıdır. Hücumlara son qoyulub, dərhal atəşkəsə nail olunmalıdır. Planda xüsusilə Suriya hökumətinin dinc sakinlər yaşayan bölgələrdə ağır silahlardan istifadəyə son qoyulması, əsgərlərin geri çəkilməsi, müxalifətin isə hücumları dayandırıb atəşkəsə əməl etməsi çağırışı yer alıb. Gündə 2 saat humanitar yardımların çatdırılması üçün atışmaların dayandırılması da ilk addım kimi təklif edilir. Plana əsasən, təsadüfən saxlanılan şəxslər azadlığa buraxılmalı, jurnalistlərin ölkədə sərbəst hərəkətinə şərait yaradılmalı, dinc məqsədli aksiyaların keçirilməsinə icazə verilməlidir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...