PDF Oxu

Dünya

  • 994

Braziliyanın 50 şəhərində fövqəladə vəziyyət elan olundu

Braziliyanın 50 şəhərində fövqəladə vəziyyət elan olundu

Braziliyada uzun müddətdir davam edən görünməmiş quraqlıq 50-dən artıq şəhərdə fövqəladə vəziyyətin elan olunması ilə nəticələnib. Milli.Az RİA "Novosti"yə istinadən xəbər verir ki, şəhərlər ölkənin şimal-şərqində yerləşən Piaui ştatına aiddir. Ştat rəhbərliyi bildirir ki, hazırda bölgədə son 10 ilin ən ciddi quraqlığı yaşanır. Bu, artıq 500 mindən artıq insana zərər vurub.

Quraqlıq əkin sahələrini, məhsulları məhv edir. Ştatın kənd təsərrüfatına ciddi zərər dəyib. Təbii fəlakətin ölkəyə vurduğu iqtisadi zərərin ilkin məbləği yaxın günlərdə açıqlanacaq.

Digər xəbərlər