PDF Oxu

Dünya

  • 960

Bin Ladenin arvadı siyasi böhran yaradıb

Bin Ladenin arvadı siyasi böhran yaradıb

"Əl Qaidə" terror təşkilatının mərhum lideri, Pakistanın Abbotabad şəhərində məhv edilmiş Usamə bin Ladenin yəmənli arvadı Əmal əl Sadeh siyasi qalmaqala səbəb olub.

Onun İslamabaddakı həbsxanada saxlanması Yəmənlə Pakistan arasındakı münasibətləri gərginləşdirib.

Milli.Az "Milliyet"ə istinadən bildirir ki, Əmalın Pakistana qanunsuz daxil olduğunu və ölkədə də illeqal miqrant kimi yaşadığını vurğulayan rəsmi İslamabad Bin Ladenin dul arvadını məhkəmədə mühakimə etməyə hazırlaşır. Yəmən isə Əmalın mərhum əri Bin Ladenə görə cəzalandırıldığını bəyan edir. Yəmənin XİN başçısı Əbubəkr əl Kirbi Əmal və övladlarının Sənaya verilməsini istəyir.

Onun sözlərinə görə, Əmalın 4 övladı mərhum ataları Usamə Bin Ladenin əməllərinə görə cəza çəkməməlidir. Əmalın qardaşı Həmid əl Sadehin dediyinə görə, Əmal 27 yaşlı qohumu ilə birlikdə 2000-ci ildə Pakistana pasportla, qanuni əsaslarla girib.

Digər xəbərlər