"Ermənistanın müxalifətçi Erməni Milli Konqresi (EMK) ölkədə xüsusi seçkiqabağı proqramla çıxış etməli olmayan yeganə siyasi qüvvədir".
Milli.Az "Armenia Today"a istinadən xəbər verir ki, bunu EMK lideri, eks-prezident Levon Ter-Petrosyan Yerevanda keçirilən mitinqdəki çıxışında bildirib. O, deyib ki, 4 illik fəaliyyəti dövründə Konqres özünü ictimaiyyətə həm nəzəri, həm də praktiki baxımdan hökumətə qarşı duran real qüvvə kimi təsdiqləyib. Sabiq prezident hesab edir ki, EMK bu dövrdə qarşısına 2 vəzifə qoyub və onların hər ikisinin öhdəsindən uğurla gəlib: "Birincisi, rejimin bütün çatışmazlıqları və cinayətlərinin üzə çıxarılması, ikincisi ölkənin sosial-iqtisadi inkişafına, konstitusion düzənin bərpasına yönəlmiş əsaslı alternativlərin ortaya qoyulması".
L.Ter-Petrosyanın sözlərinə görə, EMK növbəti çağırış parlamentdə öz fraksiyasını formalaşdıra biləcəyi təqdirdə qurumun ilk iclasındaca irəli sürəcəyi siyasi və qanunverici təşəbbüslərin indidən dəqiq şəkildə ortaya qoyulmasına tərəfdardır. Müxalifət lideri bu təşəbbüslərin nədən ibarət olduğunu da açıqlayıb: "Serj Sarkisyanın Seçki Məcəlləsini kobud şəkildə pozmaqla, saxtakarlıqla, dinc aksiyaçılara zor tətbiqi və onların qətlə yetirilməsilə Ermənistan prezidenti kürsüsünü zəbt etdiyini nəzərə alaraq, dərhal onun istefası və cinayət məsuliyyətinə cəlbi məsələsini qaldıracağıq.
Növbəti addım 1999-cu ilin 27 oktyabr və 2008-ci ilin 1 mart cinayətlərilə bağlı araşdırma aparması üçün bitərəf deputatlardan ibarət geniş səlahiyyətlərə malik deputat komissiyalarının yaradılması olacaq. Daha bir hədəf hazırki büdcəyə müvafiq dəyişikliklərin edilməsilə 1 mart qurbanlarının ailələrinə, odlu silahla yaralanmış şəxslərə kompensasiyaların ödənilməsidir. Onların hamısına eyni vaxtda yardım göstərilməsi mümkün olmasa belə, bu, yaxın iki ildə mərhələli şəkildə həyata keçirilməlidir".
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...