Somalinin paytaxtı Moqadişoda Milli Teatrın binası partladılıb. Milli.Az BBC-yə istinadən xəbər verir ki, partlayış nəticəsində ən azı 7 nəfər həlak olub. Yaralılar arasında Somali parlamentinin deputatları da var. Şahidlər yaralıların bəzilərinin durumunun ağır olduğunu bildirir. Bu üzdən ölənlərin sayının artacağı istisna olunmur.
Terror aktı Somali televiziyasının yaradılmasının ildönümü münasibətilə keçirilən tədbir zamanı törədilib. Qonaqlar arasında baş nazir Abdiveli Məhəmməd Əli də olub. Məhz o, terrorçunu gördüyünü söyləyib. Hökumət başçısının sözlərinə görə, partlayışı qadın kamikadze törədib. Baş nazirin fikrincə, terror aktının arxasında "Əl-Şabaab" islamçı qruplaşması durur.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...