Suriya prezidenti Bəşər Əsədin Fransada sürgün həyatı yaşayan əmisi Rifat Əsəd danışıb. Lent.az-ın verdiyi məlumata görə, Rifat Əsəd BBC-yə açıqlamasında deyib ki, zorakılıq olayları Suriyanın hər bölgəsinə yayılıb, artıq silahlı qarşıdurma olmayan bölgə qalmayıb.
O, bu durumda Bəşər Əsədin uzun müddət hakimiyyətdə qalmasının çox çətin olduğunu bildirib. Bununla belə, Rifat Əsəd hesab edir ki, BMT və Ərəb Dövlətləri Liqasının birlikdə yaradacağı komissiya Suriyada azad və şəffaf seçkilərin keçirilməsi üçün müşahidə aparmalıdır və o zaman Bəşər Əsəd ailəsinin Suriyada daha çox dəstəkləndiyi üzə çıxar: "Seçkilərdə Bəşər Əsəd ailəsinin Suriya Milli Şurasının bir çox şəxsiyyətsiz nümayəndələri ilə müqayisədə daha çox dəstəyə sahib olduğu açıq görünəcək".
Qeyd edək ki, Rifat Əsəd 1982-ci ildə Müsəlman Qardaşları Hərəkatının qiyamını yatırtmaq üçün Hama şəhərində keçirilən hərbi əməliyyatı idarə edib, həmin əməliyyat zamanı 25 minə qədər insan həyatını itirib. 1984-cü ildə isə böyük qardaşı, o dönəmdə prezident olan Hafiz Əsədə qarşı uğursuz çevriliş cəhdi edib. Bu cəhdi baş tutmayandan sonra isə Rifat Əsəd sürgünə gedib. Bununla belə, 1998-ci ilə qədər vitse-prezident postundan istefa verməyib. Rifat Əsəd 2000-ci ildə Hafiz Əsədin ölümündən sonra Bəşər Əsədin hakimiyyətə gəlməsini o dönəmdə komediya və Konstitusiyaya zidd oyun kimi dəyərləndirib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...