PDF Oxu

Dünya

  • 1 050

Sarkozi: “Əsəd Beynəlxalq Məhkəmə qarşısında cavab verəcək”

Sarkozi: “Əsəd Beynəlxalq Məhkəmə qarşısında cavab verəcək”

Fransa prezidenti Nikola Sarkozi Suriya prezidenti Bəşər Əsədin qatil kimi hərəkət etdiyini və Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə çıxarılmalı olduğunu bəyan edib. "Europe-1" radiosunda çıxış edən Nikola Sarkozi deyib ki, Suriyada humanitar koridorun açılmasına nail olmaq lazımdır. Nikola Sarkozi bunun üçün Rusiya və Çinin BMT Təhlükəsizlik Şurasındakı vetosunun qaldırılmasının zəruri olduğunu bildirib: "Fransa ordusu BMT Təhlükəsizlik Şurasının icazəsi olmadan Suriyaya müdaxilə edə bilməz. Bəşər Əsəd bu gün qatil kimi hərəkət edir, buna görə o, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi qarşısında cavab verəcək". Suriya prezidenti Bəşər Əsədin Kofi Annanın sülh planını qəbul etməsinə baxmayaraq ölkədə hələ də zorakılıqlar davam edir. Humanitar yardımları qəbul etmək əvəzinə Əsəd qüvvələri daha artıq mövqeləri ələ keçirir, hücumlarını artırır. Siyasi keçidi təmin etmək əvəzinə rejim dinc nümayişçilərə divan tutmaqda davam edir.

Digər xəbərlər