Ermənistanda növbəti parlament seçkiləri ərəfəsində baş verən siyasi proseslər bu ölkədəki bütün qanunsuzluqları, çatışmazlıqları və mənfi meyilləri ortaya çıxarmışdır.
Yerli mətbuatın yazdığına görə, Milli Konqres Partiyasının rəhbəri Levon Ter-Petrosyan Ermənistanın polis rəisinə məktubla müraciət edərək səsvermə hüququ olanların siyahısını istəmişdir. Məktubda bildirilir ki, 2011-ci ildə əhalinin siyahıya alınması zamanı ölkədə 3 milyondan artıq adamın yaşadığı məlum olmuşdur. Lakin hakimiyyətin cəmiyyətə təqdim etdiyi seçki siyahılarındakı rəqəmlər biabırçı yalandan başqa bir şey deyildir. Çünki 3 milyondan artıq adamdan 700 mindən çoxu qeydiyyatda Ermənistanda olsalar da faktiki olaraq bu ölkədə yaşamırlar. Onlar birdəfəlik ölkəni tərk etmişlər. Ona görə də onların adları seçici siyahılarından çıxarılmalıdır. Eks-prezidentin müraciətinə hələ də cavab verilməmişdir.
L.Ter-Petrosyan isə bu məsələni beynəlxalq təşkilatların nəzərinə çatdıraraq bildirmişdir ki, hakimiyyət ölkədə yaşamayan adamların adlarından istifadə etməklə parlament seçkilərini saxtalaşdıracaqdır.
"İrs" partiyasının sədr müavini Ruben Akopyan keçirdiyi mətbuat konfransında bəyan etmişdir ki, Serj Sarkisyanı hakimiyyətdən kənarlaşdırmaq üçün real siyasi mübarizə aparmaq lazımdır. O, müxalifət partiyalarını tənqid edərək nəzərə çatdırmışdır ki, bəzi partiyaların nümayəndələri səhərlər hakimiyyəti tənqid edir, axşamlar isə S.Sarkisyanın adamları ilə görüşərək parlamentdə yer almaq üçün danışıqlar aparırlar.
Ermənistanın keçmiş xarici işlər naziri də maraqlı açıqlama vermişdir. O, Ermənistan politoloqlarının ümumi toplantısındakı çıxışında, nazir vəzifəsində işlədiyi vaxtlarda seçkilərin necə saxtalaşdırıldığının şahidi olduğunu etiraf etmişdir. Eks-nazir demişdir ki, indiyə qədər Ermənistanda keçirilən parlament və prezident seçkilərinin heç biri obyektiv və qanuni olmamışdır. Lakin bu dəfə saxtakarlıq edilsə Ermənistan beynəlxalq aləmdə rüsvay olacaqdır. Görünən isə odur ki, bu dəfəki parlament seçkiləri ötən dəfəkindən daha da pis qaydalarla keçiriləcəkdir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...