Cənubi Koreyada keçirilən prezident seçkiləri artıq başa çatıb. Seçkilərdə hakim Senuri Partiyasının qadın namizədi Pak Kın Xe 51.6 faiz səslə qalib gəlib. Seçki məntəqələrində seçici fəallığının 70 faiz təşkil etdiyi bildirilir. Qeyd edək ki, yeni prezident ölkə tarixində ilk qadın dövlət başçısı olacaq. Qələbəsi ilə bağlı açıqlama verən Pak Kın Xe yeni prezidentlik dönəmində xalqın rifahını daha da yaxşılaşdırajağına söz verib.
"Bu gün əhali öz istəyini ifadə etdi. Seçkilər olduqja ağır və çətin keçdi. Lakin mən hər kəsin jəhdlərini yüksək qiymətləndirirəm. Mən vətəndaşlara verilən vədlərə əməl edən prezident olajam. Xalq üçün arzu etdiyi xoşbəxtlik erasını gətirəjəm", - deyə Pak Kın Xe sözlərini ifadə edib.
Seçkilərdə onun əsas rəqibi hesab edilən liberal Vahid Demokratik Partiyasından olan namizəd Mun Çce İn isə məğlub olduğunu etiraf edib: "Təəssüf edirəm. Mən əlimdən gələni etdim, lakin kifayət etmədi. Mən ölkə siyasətinin xalqın istəklərinə uyğun olaraq dəyişə bilmədim. Vədlərə əməl edə bilmədiyim üçün təəssüf edirəm".
Qeyd edək ki, Vahid Demokratik Partiyası seçkilərdə jəmi 48 faiz toplaya bilib.
Ölkənin hazırkı prezidenti Li Myön-Bak isə seçkilərdə iştirak etməyib. Belə ki, ölkə konstitusiyasına görə, dövlət başçısı bir dəfə 5 il müddətinə seçilir. Onun səlahiyyət müddəti isə fevralda başa çatacaq.
Sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...