Yaponiya öz sülhməramlı kontingentini Qolan yüksəklərindən çıxaracaq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Qolan yüksəklərində yerləşdirilən BMT-nin sülhməramlı kontingenti tərkibində missiya aparan yapon hökuməti əsgərlərini kontingentin tərkibindən çıxaracaq. Rəsmi Tokionun bu qərarı Suriyada gərginliyin artması ilə bağlıdır. Rəsmi Tokio bildirib ki, demilitarizasiya olunan ərazi yaxınlığında Suriya ordusu ilə üsyançılar arasında şiddətli toqquşmalar baş verir. Oradakı vəziyyət BMT-nin nəzarətindən çıxmaq üzrədir.Qeyd edək ki, BMT-nin sülhməramlı kontingenti Qolan yüksəklərində 1974-cü ildən Suriya və İsrail arasında atəşkəs rejiminə riayət olunmasına nəzarət edir. Yaponiya sülhməramlıları bu kontingentə 1996-cı ildə daxil edilib.
Sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...