Çilidə qonşu Argentina ilə sərhəddə yerləşən Kopaue vulkanı yenidən fəallaşıb. SİA-nın məlumatına görə, ötən gün vulkanın 1.5 kilometr hündürlüyündə kül və qaz püskürməsi müşahidə olunub. Çili rəsmiləri vulkanın lava püskürəcəyi ilə bağlı yaxınlıqda yerləşən Alto Biobio rayonun əhalisinə qırmızı siqnal xəbərdarlığı edib.Həmçinin, hava limanlarına da vəziyyətlə bağlı xəbərdarlıq edilib və təyyarələrin fərqli istiqamətlərdə uçuşlar etməsi üçün göstərişlər verilib. Hazırda hökumət yaxınlıqda yerləşən əhalinin təxliyə edilməsi ilə bağlı hazırlıqlara başlayıb.Xatırladaq ki, Kopaue vulkanı ötən il də püskürmüş və minlərlə insanın bölgədən təhliyə edilməsinə səbəb olmuşdu.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...