Nigeriyada silahlı naməlum şəxslər ölkənin şimalındakı yaşayış qəsəbəsində iki fransız mühəndisi girov götürmüşlər.
Fransa Prezidenti Fransua Olland baş verən hadisəyə dərhal münasibət bildirmişdir. Ölkə başçısı fransız vətəndaşlarının tezliklə tapılaraq sağ və salamat vətənə qayıması üçün bütün imkanlardan istifadə ediləcəyini vurğulamışdır.
Quldur dəstəsinin 30-a yaxın üzvü gecə vaxtı Nigeriyanın elektrikləşdirilməsi ilə məşğul olan Verne şirkətinin mühəndislərinin yaşadıqları mənzillərə soxularaq onları girov götürmüş və naməlum istiqamətə aparmışlar.
Yerli polis rəsmisi girov götürülən fransızların qonşu Nigerin ərazisinə aparıldığı fərziyyəsini irəli sürmüşdür.
Fransızları girov götürən dəstə hələlik hər hansı bir iddia irəli sürməmişdir.
Xatırladaq ki, bu iki fransız mühəndisindən əlavə daha 8 fransız Afrika torpağında girov götürülmüşdür. Onların 7-si Sehalda və bir nəfəri isə Somalidə girov kimi saxlanılmaqdadır.
AzərTAc
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...