PDF Oxu

Dünya

  • 1 130

Mərkəzi Afrika Respublikasındakı fransız səfirliyi hücuma məruz qalmışdır

Mərkəzi Afrika Respublikasındakı fransız səfirliyi hücuma məruz qalmışdır

Mərkəzi Afrika Respublikasındakı (MAR) Fransa səfirliyi hücuma məruz qalmışdır. MAR Prezidenti Fransua Bozezin hakimiyyətinə qarşı çıxan müxalifət qüvvələrindən ibarət bir dəstə nümayişçi respublikanın paytaxtı Banqidəki fransız səfirliyinə hücüm etmişdir. Nümayişçilərdən bəziləri səfirliyin bağına keçməyə və binanın üzərindəki Fransa bayrağını cırmağa müvəffəq olmuşlar. Nümayişçilər "Bizi müstəmləkə edən fransızlar, ölkəmizdən çıxın!", "Fransızlara ehtiyacımız yoxdur!", "Ölkəmizi azad görmək istəyirik!" və s. şüarlar səsləndirmişlər.

Fransa Prezidenti Fransua Olland səfirliyə hücüm barədə dərhal məlumatlandırılmışdır. Ölkə başçısı səfirliyin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müdafiə nazirliyinə göstəriş vermişdir.

Mərkəzi Afrika Respublikasında sabitliyi qoruyan fransız hərbi birləşmələri nümayişçiləri səfirliyin qarşısından uzaqlaşdırmışlar.

Fransa hökuməti MAR-da yaranmış ağır və mürəkkəb vəziyyəti nəzərə alaraq, vətəndaşlarını ölkəni tərk etməyə çağırmışdır.

Xatırladaq ki, bir qədər əvvəl Amerika səfirliyi də hücuma məruz qalmışdır.

AzərTAc

Digər xəbərlər