PDF Oxu

Dünya

  • 1 072

Yaponiyanın Baş naziri Koreya Respublikasına xüsusi nümayəndəsini göndərəcəkdir

Yaponiyanın Baş naziri Koreya Respublikasına xüsusi nümayəndəsini göndərəcəkdir

Gələn həftənin cümə günü – yanvarın 4-də Liberal-Demokratik Partiyadan (LDP) deputat seçilmiş Fukişiro Nukaqa Baş nazirin xüsusi nümayəndəsi kimi Koreya Respublikasına gedəcəkdir.

LDP-nin rəsmi nümayəndələrinin bildirdiyinə görə, həmin gün sabiq maliyyə naziri F.Nukaqa Seulda Koreya Respublikasının yeni seçilmiş Prezidenti Pak Kın He ilə görüşəcəkdir. F.Nukaqa Yaponiya-Koreya Respublikası deputatlar liqasının baş katibidir.

Xüsusi nümayəndənin Baş nazir Şinzo Abenin məktubunu Koreya Respublikasının Prezidentinə çatdıracağı gözlənilir. Göründüyü kimi, Ş.Abe fevralda Koreya Respublikasının yeni hökuməti vəzifələrinin icrasına başlayanadək ikitərəfli münasibətləri yaxşılaşdırmağa çalışır.

Eyni zamanda, F.Nukaqa ilə Koreya Respublikasının xarici işlər nazirinin danışıqlarına da hazırlıq görülür.

Bu iki ölkə arasındakı münasibətlərdə gərginlik Koreya Respublikası tərəfindən nəzarət olunan, lakin Yaponiyanın da iddia etdiyi Takesima adalarına görə yaranmışdır.

AzərTAc

Digər xəbərlər