Dünyanın əksər ölkələrində böyük səbirsizliklə gözlənilən və təntənəli şəkildə keçirilən Milad bayramı Yaponiyada da geniş qeyd olunur. Yaponları yaxından tanıyanlar üçün burada təəccüblü heç nə yoxdur. Çünki bu xalq bayramları çox sevir. Xüsusən də nağılvarı hədiyyələri, əlvan və parlaq bəzəyi ilə seçilən Milad yaponların həyatında dərin kök salmışdır.
Yaponiya əhalisinin yalnız bir faizinin xristian olmasına baxmayaraq, Milad bayramı bu ölkədə yerli ənənələrlə qaynayıb-qarışaraq yeni məna kəsb etmişdir. Yaponların "Kurisumasu" adlandırdığı Milad "müqəddəs doğum günü" mənasını verən "Sey-Tan-Say" kimi yaddaşlara yazılmışdır. Əhalinin əksəriyyəti tərəfindən dini bayram kimi qəbul edilən Milad gətirdiyi sevinc və əlvanlıqla insanların ürəyinə yol tapmışdır.
Bayrama hələ bir ay qalmış hər yerdə geniş hazırlıq işlərinə başlanır, məxsusi olaraq bayram üçün gətirilən təbii küknar ağacları yaponların evinin bəzəyinə çevrilir. Mağazalarda təbii ağacla yanaşı, ekzotik şəkildə bəzədilmiş ağ, qırmızı, mavi rəngli süni "küknar ağacları"na da geniş yer ayrılır. Qışın ağ rəngini hiss etmək üçün mağazalarda süni qar da satılır.
Yaponiya şəhərlərinin zəngin illüminasiyaları və parlaq bəzəkləri öz orijinallığı ilə diqqəti cəlb edir. Xüsusən Yaponiya paytaxtının yüksək texnologiyaların köməyi ilə bəzədilmiş əyləncə yerləri, mağazaların vitrinləri baxanlarda xoş əhval-ruhiyyə yaradır.
Yaponiyada bu bayramın əsas qəhrəmanı olan Santa Klaus - Hotey monaxların yeddi əfsanəvi xoşbəxtlik Allahından biridir. O, xeyriyyəçilik ənənələrinin mühafizəçisi sayılır və həmişə çiynində hədiyyələrlə dolu torba gəzdirir. Təəccüblü deyil ki, yaponların bir çoxu "Kurisumasu" Hoteyin doğum günü hesab edirlər.
Yaponlar Milad bayramına çoxsaylı mənalar verirlər. Gənclər onu sevgililər bayramı hesab edərək düşünürlər ki, həmin günün tanışlığı xoşbəxtlik və böyük məhəbbət vəd edir. Uşaqlar böyük məmnuniyyətlə bayramın gətirdiyi sevincdən bəhrələnərək doyunca əylənməyə çalışırlar. Böyüklər bir-birinə Milad hədiyyələri bağışlayır, qohumlarına və dostlarına il boyu göstərdikləri diqqətə görə minnətdarlıqlarını bildirirlər.
Yaponlarda "Kurisumasu" daha çox xeyirxah iş görmək vaxtı sayılır - xəstələrə baş çəkmək, kasıblara əl tutmaq, acları doyurmaq, unudulmuş qohumlarla görüşmək və sadəcə bir-birinə qarşılıqlı məhəbbətə və hörmətə görə minnətdarlıq etmək üçün.
AzərTAc
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...