PDF Oxu

Dünya

  • 1 574

Hindistanda soyuqdan ölənlərin sayı 130-a çatdı

Uttar-Pradeş ştatında daha 20 nəfər şaxtadan ölüb

Hindistanda soyuqdan ölənlərin sayı 130-a çatdı

Hindistanın şimal rayonlarında rekord şaxta daha 20 nəfərin həyatına son qoyub. Bununla da, bu qış mövsümündə Hindistanda soyuqdan ölənlərin sayı 130-a çatıb. Soyuqdan ən çox əziyyət çəkən Uttar-Pradeş ştatının sakinləridir. Racastan, Pəncab, Xaryana ştatlarında və paytaxt Dehlidə də həddindən artıq aşağı temperatur qeydə alınıb.

Meteoroloqlar Dehlidə son 40 ildə ən aşağı temperaturun müşahidə edildiyini qeyd edirlər.

Qatı sis səbəbindən uzaqdan görünmə dərəcəsinin aşağı düşməsi də şəhər nəqliyyatının işini iflic edib.

sia.az

Digər xəbərlər