Suriya prezidenti xalqını münaqişəyə son vermək üçün birləşməyə çağırıb
Suriya prezidenti Bəşər Əsəd öz xalqını münaqişəyə son vermək üçün birləşməyə və xalq hərəkatı yaratmağa çağırıb, lakin bu planın təfərrüatlarını açıqlamayıb.
"Mən ölkədəki vəziyyətin diplomatik yolla həllini gözləyə bilmərəm. Suriya heç kimin diqtəsini qəbul etməyəcək. Biz öz prinsiplərimizdən və ideologiyamızdan əl çəkməyəcəyik. Bu ideologiya isə bizə təslim olmamağı, geri çəkilməməyi öyrədir. Suriya gözlənilməz bir hücuma məruz qalıb və bu münaqişə yalnız xalq hərəkatı vasitəsilə öz həllini tapa bilər. Bütün suriyalıları 22 aydır davam edən bu münaqişəni sona çatdırmaq üçün təşəbbüsdə iştirak etməyə çağırıram", - deyə o vurğulayıb.
Suriya prezidenti həmçinin ölkəsinin bölünməsini istəməyən hər kəslə dialoqa hazır olduğunu vurğulayıb. Əsəd çıxışının sonunda parçalanmış müxalifəti də tənqid edib. Bəşər Əsədin çıxışından sonra tərəfdarları onu əhatəyə alaraq, "Biz səni müdafiə edəcəyik!" şüarını səsləndiriblər.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...