PDF Oxu

Dünya

  • 1 157

Türkiyədə universitetdə baş vermiş güclü yanğının qarşısı alınmışdır

Türkiyədə universitetdə baş vermiş güclü yanğının qarşısı alınmışdır

Türkiyənin İstanbul şəhərindəki Qalatasaray Universitetinin binasında yanğın hadisəsi baş vermişdir.

AzərTAc Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, yanğın nəticəsində universitetin yerləşdiyi tarixi binaya ciddi ziyan dəymişdir.

Tələbələr təxliyə olunduğundan hadisə nəticəsində xəsarət alan olmamışdır.

Əraziyə cəlb olunan yanğınsöndürən briqadalar yanğının qarşısını almışlar.

İlkin ehtimala görə, yanğına elektrik naqillərində baş vermiş qısaqapanma səbəb olmuşdur.

Faktla bağlı araşdırma aparılır.

AzərTAc

Digər xəbərlər