Ötən il dünyada işsizlərin sayı 4 milyon nəfər artaraq 197 milyona çatmışdır. Beynəlxalq Əmək Təşkilatının (BƏT) hesabatına görə, işsizlikdən ən çox gənclər əziyyət çəkir. 24 yaşına qədər gənclərin təxminən 13 faizi işsizdir. Hesabatda deyilir ki, bu il dünyada işsizlərin sayının 5 milyon, 2014-cü ildə isə daha 3 milyon nəfər artacağı gözlənilir. Uzunmüddətli işsizlik səviyyəsi də qalxır, Avropada işsizlərin 30 faizi bir ildən artıqdır iş tapa bilmir. BƏT-nin mütəxəssisləri İşsizliyin artmasını inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzüllə əlaqələndirirlər.
AzərTAc
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...