PDF Oxu

Dünya

  • 1 354

“Air Berlin” qənaət tədbirləri çərçivəsində işçilərinin əmək haqlarını azaldacaqdır

“Air Berlin” qənaət tədbirləri çərçivəsində işçilərinin əmək haqlarını azaldacaqdır

Almaniyanın 2-ci ən iri aviaşirkəti olan "Air Berlin" qənaət tədbirləri çərçivəsində işçilərinin əmək haqlarını azaldacaqdır."Spiegel Online" saytının məlumatına görə şirkətin yeni prezidenti Volfqanq Şauer məvaciblərin 10 faiz azaldılacağını bildirmişdir. Əmək haqlarının ixtisarı hesabına şirkət 400 milyon avroya qənaət etmək niyyətindədir. Qeyd edək ki, yeni prezident bir müddət əvvəl 900 iş yerinin də ixtisar ediləcəyini bildirmişdir. Şirkət sentyabra qədər 16 təyyarənin istismarını dayandıracaqdır.

AzərTAc

Digər xəbərlər