İstanbulda dünyanın ən böyük aeroportu tikiləcək. SİA-nın məlumatınal görə, bu haqda Türkiyənin nəqliyyat naziri Binali Yıldırım məlumat verib. Onun sözlərinə görə, yeni hava qovşağının sərnişin tutumu illik 150 mln nəfər təşkil edəcək. İstanbulun Avropa hissəsində Qara dəniz sahilində tikiləcək yeni hava limanına ayrılmış torpağın sahəsi 77 mln kv.metrdir. Tikinti podratçısının seçilməsi üzrə tender Türkiyə hakimiyyəti tərəfindən elan olunacaq. Daha əvvəl nazir B.Yıldırım layihənin ümumi dəyərini 5,6 mlrd dollar olaraq qiymətləndiririb.Qeyd edək ki, buraxılış qabiliyyətinə görə, hazırda dünyanın ən iri Hava Limanı Atlantda (ABŞ) yerləşir: 2011-ci ildə o, 81 milyondan çox sərnişin qəbul etmişdir. Hazırda Türkiyənin ən iri aeroportu illik 45 mln sərnişin qəbul edə bilmə imkanı olan İstanbulun Atatürk Hava Limanıdır.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...