Suriyanın ən böyük müttəfiqlərindən biri olan İran İsraili bombalamaqla hədələyib
Suriyanın ən böyük müttəfiqlərindən biri olan İran İsraili bombalamaqla hədələyib. Suriyanın Lİvandakı səfiri Əli Əbdülkərim İsrailin Livanın hava sərhəddini pozaraq Suriyadakı hərbi obyektlərinə hücumunu kəskin tənqid etdiyi açıqlamasında Suriya tərəfinin buna səssiz qalmayacağını və rəsmilərdən xəbər gözlədiklərini deyib.İranın Xarici İşlər naziri Əli Əkbər Salehi İsrailin Suriyadakı bəzi hərbi obyektləri vurmasına münasibət bildirərkən hücumu kəskin tənqid edib və Suriyanın yanında olduqlarını bir daha vurğulayıb. Salehi İranın dövlət televiziyasına verdiyi açıqlamada "İsrailin hücumu Suriyanın suverenliyi və ərazi bütövlüyünə edilən hücumdur", - deyib. İsrailin bölgə xalqı və müsəlman ölkələri arasında fitnə salmaq cəhdlərinə toxunan Salehi region ölkələrini bu məsələdə daha həssas olmağa çağırıb.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...