Pakistanın Tirah vadisində Talibanla Ənsar-ul İslam xadimləri arasında 10 gündür davam edən qarşıdurmalarda bölgədəki vətəndaşların əksəriyyəti ağır fəsadlarla üzləşib. SİA xarici mətbuata istinadən xəbər verir ki, qruplar arasındakı qarşıdurmalarda Kamarkel tayfasına mənsub 20 nəfər həyatını itirib, 300 ailə isə evini tərk etmək məcburiyyətində qalıb. Məlumata görə, zərər çəkmiş ailələrin sığınacaq tapması soyuq havalarla əlaqədar çətinləşib. Qeyd edək ki, strateji əhəmiyyətə malik olan Tirah vadisində üstünlüyü ələ almaq istəyən qruplar arasındakı qarşıdurmalarda indiyə qədər 100-dən artıq insan ölüb.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...